Bakıda polkovnik qəza törətdi: qadın öldü

Bakı sakini avtomobillə qarajdan çıxarkən qəza törədib.

Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Naxçivani küçəsi, ev 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı dayanacağının qarşısında baş verib.

1958-ci il təvəllüdlü Həsən Arif oğlu Seyidbəyov idarə etdiyi “Mitsubişi Outlander” markalı avtomobillə qarajdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Həsənağa qızı Sadıqovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, H.Seyidbəyov polkovnikdir və yüksək vəzifədə çalışır.