Bakıya oğurluq etmək üçün gələn Gürcüstan vətəndaşları tutulub
Yusif Nəzərli
06:49 26.06.2025
Hadisə
415
Paytaxtın Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Sherg.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək mənzilindən 1300 manat nağd pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.
Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları - 46 yaşlı Aleksandria Kakhaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Davıtı və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq “izi” itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət