“BakuBus” da qayda pozur ! - “Avtobusu maşınların üstünə sürürlər” – Təhlükə !
Fidan Həmişəyeva
17:24 24.09.2020
Hadisə
1205
“Bu isə sərnişinlərin həyatını təhlükəyə atmaqdır”
“Avtobus sürücüləri ilə bağlı qaydalar sərtləşdirilsə də, yenə qayda pozurlar”
“Yəqin ki, ictimai qınaq nəticə verəcək”
Neftçilər prospekti, "Park bulvar"ın qarşısında “BakuBus” avtobusu qəzaya uğrayıb. 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb. Bakı Nəqliyyat Agentliyi (BNA)qəza ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətindən bildirilib ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə baş verən qəzada heç kim xəsarət almayıb.
Avtobus sürücülərinin diqqətsizliyi hər zaman aktual problemlərdən biri olub. Onların psixoloji durumu, müvafiq yoxlama və testlərdən keçməsi vacibdir. Bu baxımdan “BakuBus” sürücülərinin digər avtobus sürücülərinə nisbətən daha məsuliyyətli olduğu deyilirdi. Lakin bəzən bu şirkətin əməkdaşlarının da diqqətsiz davranışları ilə qarşılaşmaq mümkündür.
Hadisəni dəyərləndirən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı“Sherg.az”a bildirib ki, avtobus sürücülərinin qaydaları bu cür rahatlıqla pozmasının əsas səbəblərindən birincisi, bəzi sahibkarların kimlərinsə himayəsində olmasıdır:
“Bəzi daşıyıcı şirkətlər bu cür hallarda müxtəlif vasitələrlə problemi həll edirlər. Amma bir sıra şirkətlərdə birbaşa sürücü məsuliyyəti olduğu üçün qaydalara əməl olunur. Ümumi yanaşma budur ki, bəzi avtobus sürücülərinin iş və istirahət rejimi normal deyil.
Şəhərin sıxlıq yaranan küçələrində əsəb, stres keçirirlər”.
Ekspert “Bakubus” avtobus sürücülərinin son zamanlar qaydaları pozduğunu söyləyib:
“Qanunvericilikdə belə bir müddəa var ki, avtobus dayanacağından çıxan marşruta yol verməlidir. Amma gərək sürücü bunu görə bilsin. Təəssüf ki, “yol mənimdir” deyib, avtobusu maşınların üstünə sürürlər. Bu isə sərnişinlərin həyatını təhlükəyə atmaqdır”.
Elməddin Muradlı qeyd edib ki, avtobus sürücüləri ilə bağlı qaydalar sərtləşdirilsə də, yenə qayda pozurlar:
“Yəqin ki, ictimai qınaq nəticə verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat