Baş Prokurorluq və DİN Gəncədə 17 yaşlı Elgünün ölümü ilə bağlı birgə məlumat yayıb
Yusif Nəzərli
08:39 17.05.2025
Hadisə
637
Xəbər verildiyi kimi, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb və intensiv ibtidai istintaq tədbirləri aparılır.
Sherg.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd edilib.
Hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir, habelə hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib.
Bununla belə, təəssüf hissi ilə qeyd olunur ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırkı mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır.
Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı, ictimaiyyətdə süni ajiotaja səbəb olur.
Bildiririk ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilmiş ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha xatırladır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında aparılmalı, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.
Odur ki, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur.
İbtidai istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol
Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı, nota verildi
16:23 06.07.2026
Siyasət
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
16:06 06.07.2026
Son dəqiqə
Ermənistan Pakistana ilk səfirini təyin edib
16:02 06.07.2026
Region
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
15:53 06.07.2026
Siyasət
“Tat folkorundan seçmələr” kitabı üzərində işlər yekunlaşır
15:38 06.07.2026
Ölkə