Beyləqanda yataqxanada yanğın oldu - FOTO - YENİLƏNDİ

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yanğın baş verən yataqxana binasının bələdiyyəyə aid olduğu bildilir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, binada 15 ailə məskunlaşıb.

01:44

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.