Boğaz ağrısıyla getdi cəsədi çıxdı
Yusif Nəzərli
07:02 30.01.2025
Hadisə
427
Türkiyənin Afyonkarahisar bölgəsində boğaz ağrısından şikayətlənən Mehmet Gündoğana müraciət etdiyi özəl klinikalardan birində sarı zərdab vurulub. Zərdab vurulduqdan sonra xəstə həyatını itirib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Afyonkarahisarda mebel firmasında çalışan və Ümrə ziyarətinə getməyə hazırlaşan iki oğul atası Mehmet Gündoğan yanvarın 12-də boğaz ağrısı şikayəti ilə getdiyi Afyonkarahisar Dövlət Xəstəxanasında vəfat edib. İddiaya görə, Mehmet Gündoğanın özəl klinikada damarı açılıb, sarı zərdab kimi tanınan zərdab verilməyə başlanıb və iki fərqli zərdab bağlanmaq üçün hazırlanıb. İkinci zərdabın sonuna doğru nəfəs almaqda çətinlik çəkən Gündoğanın vəziyyəti daha da pisləşib. Klinikadakı həkim və işçilərin Gündoğana müdaxiləsi qeyri-kafi olub. Mehmet Gündoğan 112 Təcili Zəng Mərkəzinə çağırılan təcili yardımla Afyonkarahisar Dövlət Xəstəxanasına aparılıb. Reanimasiyaya alınan Gündoğan 20 saatlıq həyat mübarizəsini itirib. Mehmet Gündoğanın həyat yoldaşı Songül Gündoğan hadisəyə görə məsuliyyət daşıdığını iddia edərək, klinikadakı həkim və işçilərə qarşı vəkili vasitəsilə cinayət işi qaldırıb. Mehmet Gündoğanın dəfn mərasimi yanvarın 15-də şəhərin mərkəzindəki Sülümenli qəsəbəsində keçirilib. Mehmet və Songül Gündoğan cütlüyünün yanvarın 27-də Ümrə səfərinə çıxmağa hazırlaşdıqları bildirilirdi. Digər tərəfdən, Mehmet Gündoğanın özəl klinikalardan birində zərdab vurularkən foto çəkdirdiyi də üzə çıxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi