Cəbhədə internet olmasın ! – "Düşmən “VPN” vasitəsilə hərəkətləri izləyə bilər" - Təhlükəlidir !
Yusif Sultanoğlu
12:22 23.10.2020
Hadisə
903
“Əsgərlər, yəqin ki, “VPN” proqramları ilə Ermənistanın dalğalarını tuturlar. Bu da çox təhlükəlidir”
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, o cümlədən Müdafiə nazirliyi məsələ ilə bağlı tədbirlər görməlidir”
“Çünki bu vəziyyət itkilərə səbəb ola bilər”
Sentyabrın 27-dən bu günə cəbhəboyu ərazilərdə gərgin döyüşlər gedir. Ön xətdəki savaşla yanaşı arxa cəbhədə də informasiya müharibəsi aparılır. Lakin vuruşan əsgərlərimiz bəzən bilmədən də olsa informasiya mübarizəsinə təsir göstərəcək səhvlərə yol verirlər. Məsələn döyüş bölgəsindən videoları, şəkilləri öz yaxınlarına, dostlarına göndərirlər. Sonra həmin görüntülər bütün sosial şəbəkə platformalarında yayılır. Nəticədə bilməyərəkdən atılan səhv addımla hərbi sirrlər, mövqelərimizin koordinatları düşmənin əlinə keçir.
Bəs bu kimi halların qarşısını almaq üçün hansı preventiv tədbirlər görülə bilər?
“Sherg.az”ın sualını cavablandıran Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu dəfələrlə həm ordu rəhbərliyinin, həm də hərbi ekspertlərin bununla bağlı xalqa xəbərdarlıq etdiyini söyləyib:
“Amma deyilənlərə riayət olunmur. Düşünürəm ki, ordu rəhbərliyi ciddi nəzarət etməlidir. Xüsusilə android telefonlarla bağlı yoxlanış olmalıdır. Həmin telefonlar ön cəbhəyə buraxılmamalıdır.
Ümumiyyətlə cəbhə bölgəsində internet olmamalıdır. Çünki əsgərlər müxtəlif proqramlarla internetə daxil olurlar. Yəqin ki, “VPN” proqramları ilə Ermənistanın dalğalarını tuturlar. Bu da çox təhlükəlidir. Çünki belə olduğu halda ermənilər aydın şəkildə hərəkətləri izləyə bilərlər. Yolverilməzdir!
Düşünürəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, o cümlədən Müdafiə nazirliyi məsələ ilə bağlı tədbirlər görməlidir. Çünki bu vəziyyət itkilərə səbəb ola bilər.
Həmin mövzu ətrafında insanları maarifləndiririk, dəfələrlə deyirik. Mən özüm də sosial şəbəkələrdə, mətbuata açıqlamamda vurğulamışam ki, belə şeylər etməyin. Eyni zamanda şəhidlərimizin fotolarını paylaşırlar, adlarını çəkirlər. Olmaz! Müharibə davam edən zaman belə halların baş verməsi Azərbaycan ordusu üçün xoşa gələn deyil.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq