Cənubi koreyalı qatil “ulduza” çevrilir - izləyici sayı sürətlə artır

Cənubi Koreyada iki nəfəri öldürməkdə şübhəli bilinən 20 yaşlı qadın saxlanıldıqdan sonra fotosunun sosial şəbəkələrdə yayılması ilə fenomenə çevrilib.

Sherg.az xəbər verir ki, onun Instagram izləyici sayı qısa müddətdə 265 nəfərdən 10 mindən çoxa yüksəlib.

Qadının kişilərin içkilərinə dərman qatdığı iddia olunur. Araşdırma zamanı onun həblə alkoqol qarışığının təhlükələri barədə məlumatı ChatGPT vasitəsilə axtardığı da müəyyən edilib.