Dağıntılar altından  sağ çıxan 17 yaşlı Miraç: Sanki qiyamət qopurdu


Mərkəzi Kahramanmaraşda olan fəlakətdən sonra zəlzələ qurbanlarının Mersinə köçü davam edir. Dövlət qurumları, bələdiyyələr və QHT-lər zəlzələ qurbanlarının sığınacaq ehtiyacları üçün bütün imkanlarını səfərbər edir.  Akdeniz Bələdiyyəsi mədəniyyət və sənət evlərini zəlzələdən zərərçəkənlərin üzünə açıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Hatayın Samandağ rayonunda zəlzələyə yaxalanan Özgün ailəsi Mersinə gələrək Akdeniz Bələdiyyəsi Mədəniyyət və İncəsənət Evinə yerləşdirilib. Dağıntılar zamanı ayağından yaralanan17 yaşlı Miraç  Özgün Mersin xəstəxanasından evə buraxıldıqdan sonra mədəniyyət və sənət evinə gəlib.

Akdeniz Bələdiyyəsi Mədəniyyət və İncəsənət Evində sağalmağa çalışan Miraç Özgün yaşadığı qorxulu anlardan danışıb: "Hatayda evdə zəlzələyə yaxalandıq. Özümüzü çölə atanda zəlzələ hələ də davam edirdi. Sanki qiyamət qopurdu, çox pis idi. Kabus kimi idi.  Üstümüzə dağıntılardan daşlar düşdü, altından çıxardılar. 2 gün Hatayda qaldıqdan sonra qohumlarımız gəlib bizi götürdülər və Mersinə gəldik. Burada müalicəmdən sonra məni Akdeniz Bələdiyyəsi Mədəniyyət və İncəsənət Evinə gətirdilər. Ümumi səhhətim yaxşıdır. Hər kəs bizə çox kömək etdilər, qucaqladılar. Hər kəsə çox təşəkkür edirəm. Rəbbim heç kimə belə ağrı yaşatmasın" .

Turan