Dələduzluq ! – “Mal əti adı altında at əti satırlar” – Saxlanıldılar!
13:02 26.10.2020
Hadisə
895
Cari il ərzində Azərbaycanda qanunsuz at və digər heyvan ətlərinin satışına tez-tez rast gəlinir. Obyekt sahibləri baytarlıq ekspertizasından keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar. Son illərdə Azərbaycanda at əti satmağa cəhd edənlər saxlanılır. Onlar barəsində cinayət işi açılır, ən yaxşı halda isə böyük məbləğdə cərimə olunurlar. Bu gün Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yararsız at ətlərinin kəsimi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Cəlilabad RPŞ əməkdaşları tərəfindən Cəlilabad rayonunun Sərhədabad kənd sakini C.Mirzəyevin idarə etdiyi “VAZ” markalı avtomobilə baxış keçirilib. Baxış keçirilən zaman oradan 34 kiloqram sümüksüz at əti aşkar edilərək götürülüb.
Məsələyə münasibət bildirən Qida təhlükəsizliyi üzrə ekspert Elsəvər Fərzəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, qanunsuz at əti ilə məşğul olanlar ancaq müftəxorlardır:
“Orta Asiyada at əti satışı açıq şəkildə aparılır. Lakin Azərbaycanda at ətinin satılması, qanunla nəzərdə tutulmur, bizdə heyvan və quş əti nəzərdə tutulur.At əti azərbaycanlı əhalinin qida rasionuna uyğun deyil. Düşünürəm ki, at ətini camış və ya mal əti adı altında satırlar. Siz, yaxud mən, mal ətini kənara qoyub, at ətini almarıq. Zənnimcə, bu qanun pozuntusunu həyata keçirilənləri cəzasız qalmayacaq. At əti ümumilikdə ət sənayesi üçün xammal olsa da, Azərbaycanda bundan istifadə olunmur".
Aygün Mustafayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya