DTX tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin məhkəməsi başlayıb
Yusif Nəzərli
14:29 04.07.2025
Hadisə
422
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Eynulla Vəliyev məhkəməyə cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət verib. Vəkil deyib ki, bu cinayət işində qanun pozuntularına yol verilib: “Bu pozuntularla məhkəmə cinayət işini icraata götürə bilməz. Diplomatlar nadir hallarda həbs edilir. Diplomatın ölkədə həbs edilməsi üçün bir neçə nüanslar var. Bununla bağlı Xarici İşlər Nazirliyi xüsusi qərar verməlidir”.
Vəkil, həmçinin müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. O, qeyd edib ki, ilk vəsatəti təmin edilmədiyi təqdirdə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənsin.
Ramiz Vəliyev vəkillə razı olduğunu deyib.
Dövlət ittihamçısı bildirib ki, iş materiallarına vəkilin qeyd etdiyi bütün zəruri sənədlər daxil edilib.
Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını və işin baxışa verilməsini xahiş edib.
Məhkəmə vəkilin vəsatətlərinin təmin edilməməsi, cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar verib.
Məhkəmə baxışı iyulun 17-nə təyin olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb.
Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda ittiham olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm