Ədəbiyyatşünas alim Pərvanə İsayeva vəfat edib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Pərvanə İsayeva vəfat edib.

Sherg.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Qeyd edək ki, Pərvanə Bəkir qızı İsayeva 1969-cu ildə Bərdə rayonunda anadan olub. Bir müddət Bakı Slavyan Universitetində çalışan alim Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində fəaliyyət göstərirdi. O, həmçinin Ali Attestasiya Komitəsinin Ekspert şurasının üzvü idi.