Ermənistan müharibə cinayətlərinə görə mühakimə olunacaq
Məlahət Rzayeva
11:19 11.11.2020
Hadisə
1095
Beynəlxalq məhkəmədə Azərbaycana dəymiş ziyanın ödənməsi məsələsi də mütləq qaldırılacaq
Azərbaycan vətəndaşları özləri də beynəlxalq məhkəməyə müraciət edə bilər
“Ermənistanın siyasi-hərbi rəhbərliyi törətdikləri müharibə cinayətlərinə görə mühakimə olunacaqlar”. Bu sözləri “Şərq”ə açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev dedi. Fondun rəhbəri bildirdi ki, noyabrın 10-u imzalanmış məlum sənəd Azərbaycana Ermənistan siyasi-hərbi rəhbərliyinin 1990-cı illərdən bugünədək Azərbaycan ərazisində və azərbaycanlılara qarşı törətdikləri cinayətkar əməllər barədə bütün sənədlər məhkəmə predmetidir:
- Ermənistanın siyasi-hərbi rəhbərliyi 1990-cı illərdən başlayaraq, Qarabağ müharibəsinin aktiv fazası olan 1991-93-cü illər ərzində, həmçinin atəşkəs dövründə, 2020-ci il sentyabrın 27-dək və bu gündən sonra başlamış hərbi əməliyyatların gedişində Azərbaycanın mülki əhalisi, mülki obyektlərinə qarşı cinayətlər törədib. Bu gün üçün əlimizdə olan məlumatlara görə, 93 mülki vətəndaşımız həlak olub, 700 vətəndaş müxtəlif dərəcəli xəsarətlər alıb, 3000-ə yaxın yaşayış evi darmadağın edilib, infrastruktur dağıdılıb. Onların cinayətləri bununla bitmir. Bütün işğal müddəti ərzində həm Ermənistan rəhbərliyi, həm də Qarabağdakı qondarma, separatçı rejim işğal altındakı ərazilərdə təbiətə qarşı soyqırım həyata keçirib, Azərbaycanın təbii ehtiyatlarını, milli-mədəniyyət nümunələrini, tarixi abidələrini məhv ediblər. Ermənistanın döyüş əməliyyatlarına cəlb etdiyi muzdlular barədə, qanunsuz yerləşdirmə barədə də Azərbaycan sənədlər, sübutlar əldə edib və cinayət işi açılıb. Silahlı müdaxilə nəticəsində Azərbaycana dəymiş maddi ziyanın müəyyənləşdirilməsi ilə bağlı komissiya yaradılıb. Bütün bunlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət materialları toplanıb. Baş Prokurorluq bu barədə dəfələrlə bəyanat verib. Bütün bunlar Ermənistan siyasi və hərbi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün real faktlar, sübutlardır və hamısı da məhkəmə predmetidir. Bu sənədlər həm Azərbaycan daxilində cinayətkarların mühakimə olunması, həm də beynəlxalq məhkəməyə çəkilmələri üçün yetərlidir. Bütün bu sənədlər beynəlxalq məhkəməyə təhvil verilməli və cinayətkarların cəzalandırılması tələb edilməlidir. Həmçinin Azərbaycana dəymiş ziyanın ödənməsi məsələsi də mütləq qaldırılacaq.
Ə.Nuriyev qeyd etdi ki, Azərbaycan vətəndaşları özləri də beynəlxalq məhkəməyə müraciət edə bilər:
- Azərbaycan vətəndaşları fərdi qaydada beynəlxalq məhkəməyə müraciət etməli və Ermənistan dövlətindən kompensasiya tələb etməlidirlər. Çünki insanların beynəlxalq konvensiyalarla təsbit edilmiş hüquqları pozulub. İnsanların həyatına, mülkiyyət hüquqlarına təcavüz edilib. Hətta hesab edirəm ki, Ermənistanın cinayətləri ilə bağlı BMT-də müvafiq tribunal yaradılmalıdır, separatçı rejiminn rəhbərləri bəşəriyyətə qarşı törətdikləri cinayətə görə BMT tribunalı qarşısında cavab verməlidirlər.
Ə.Nuriyev vacib bir məqama da toxundu:
- Azərbaycan dövləti Qarabağda müharibə cinayətləri törətmiş cinayətkarların Ermənistan tərəfə keçməsinin qarşısını almalıdır. Azərbaycan xüsusi xidmət orqanları işğaldan azad edilmiş ərazilərdə xidməti davam etdirməli və cinayətkarların Azərbaycan – Qarabağ ərazisini tərk edib canlarını qurtarmalarına imkan verməməlidirlər. Onalrın hamısı həbs edilərək Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməlidir. Həmçinin, erməni silahlı qruplaşmalarının əlindəki silahlar da Azərbaycana təhvil verilməlidir.
Və işğaldan azad olunmuş bütün ərazilərdə yalnız və yalnız Azərbaycanın dövlət bayrağı dalğalanmalıdır, başqa heç bir dövlətin deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur