İtaliyanın cənubunda 57 yaşlı kişi 120 min avro dəyərindəki 20 qızıl külçəni səhvən evin tullantı qutusuna atdı. Hadisə kameralarla təsdiqləndi və tullantı maşını artıq ərazidən gedəndən sonra məlum oldu.
Sherg.az xəbər verir ki, tullantılar Ugento sahəsinə daşındığı üçün qızılları tapmaq çətin idi. Təhlükəsizlik qrupları və tullantı sahəsi işçiləri birgə axtarış apararaq konserv qutunu sağlam şəkildə tapdılar.
Qızıllar sahibinə qaytarıldı. Rəsmi şəxslər yüksək dəyərli əşyaların evdə adi qabda saxlanılmamasını və bank seyflərindən istifadə edilməsini tövsiyə etdi.