Faciəvi hadisə: yediyi alma sonu oldu!

Türkiyənin Zonguldak bölgəsində Ailə və Sosial Xidmətlər İl Müdirliyində təhlükəsizlik işçisi kimi çalışan Nazmiye Yarbaşı Esen, yediyi almanın parçasının nəfəs borusuna düşməsi nəticəsində həyatını itirib.

Sherg.az xəbər verir ki, Nazmiye Yarbaşı Esen, dünən axşam evində alma yeyərkən boğazına parça düşdüyü üçün nəfəs ala bilməyib.

Hadisə barədə xəbər verilən kimi çağırılan tibbi yardım briqadaları onu Atatürk Dövlət Xəstəxanası Təcili Yardım Bölməsinə çatdırıblar, lakin həkimlərin bütün səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Nazmiye Yarbaşı Esenin cənazəsi Kozlu rayonundakı Tuğlaharmanı Çavdar Məscidində keçiriləcək namazdan sonra Kozlu Hərbi Təpə Ailə Məzarında torpağa tapşırılacaq.