Gənc “YouTuber”in ölüm səbəbi açıqlandı

 29 yaşlı məşhur “YouTuber” Mikayla Rainesin intihar etdiyi təsdiqlənib. 
Sherg.az xəbər verir ki, PEOPLE jurnalının əldə etdiyi sənədlərə görə, Raines Minnesota ştatında bir tövlədə özünü asaraq həyatına son verib. Vəfat xəbəri 22 iyunda həyat yoldaşı Ethan Raines tərəfindən açıqlanıb.
 Ethan, Mikaylanın otizm spektrumunda olduğunu və bu səbəbdən həyatının çətin keçdiyini bildirib. 2 milyondan çox abunəçisi olan Raines yüksək empati hissi ilə tanınırdı.