Göygöl rayonunda 68 yaşlı kişinin meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazsində qeydə alınıb.
1958-ci il təvəllüdlü Gəray Həmzəyevin yaşadığı evdə meyiti aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. İ
lkin məlumata görə, 68 yaşlı kişi evdə tək yaşayırmış.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.