Güclü dolu Türkiyənin Qars vilayətində ciddi fəsadlar yaradıb
10:25 21.06.2020
Hadisə
687
İyunun 21-də səhər saatlarında Türkiyənin Qars vilayətində yağan güclü dolu ciddi fəsadlar yaradıb.
Güclü dolu yağışı bir neçə saniyə davam etməsinə baxmayaraq, kənd təsərrüfatına ciddi ziyan vurub, bağlarda və tarlalarda məhsulu zay edib.
Qeyd edək ki, iyunun 17-də bölgəyə yağan dolu yerdə qalınlığı iki santimetrdən çox olan buz qatı yaratmışdı.
Bursada isə üçmərtəbəli evi ildırım vurub.
Ümumiyyətlə, həftə ərzində Türkiyədə hava şəraiti çox mürəkkəb olub. Ankara, İzmir, İstanbul, Kocaeli və digər böyük şəhərlərdə baş verən sel və daşqın əhaliyə və şəhər təsərrüfatına xeyli ziyan vurub. Adıçəkilən şəhərlərdə tunelləri və yeraltı keçidləri, həmçinin evlərin aşağı mərtəbələrini və zirzəmilərini, dükanları sel basıb. Onlarla minik avtomobili su altında qalıb. Rəsmi məlumata görə, yağıntı gündəlik normadan bir neçə dəfə artıq olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya