Hər kəs üzüldü, hamı ürək yanğısı yaşadı
06:19 14.10.2020
Hadisə
1016
Ancaq Nilay balanın hər kəsə himayə verilməsi qanun baxımından düzgün hesab olunmur
Əgər həmin körpənin yaxın qohumları onu saxlamaqdan imtina etsələr, ondan sonra başqa şəxslərə himayəyə verilə bilər
Oktyabrın 11-də Ermənistandan atılan raketin atasız, babasız, nənəsiz qoyduğu körpə Nilay həm də anasız qaldı. Körpənin 28 yaşlı anası Günay Əliyeva reanimasiyada cəmi bir gün dözdü. 3 illik həsrətdən sonra dünyaya gələn Nilay bu həyatda erməni terroru nəticəsində körpə yaşından yetim qaldı. Dərhal bir çox insanlar sosial şəbəkələrdə onu himayəyə götürmək arzusunu bildirdi.
"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova "Şərq"ə açıqlamasında vurğulayıb ki, valideynlərini itirmiş uşaqların sosial müdafiəsi Azərbaycan Respublikasının hər zaman diqqətdə saxladığı əsas məsələlərdən biridir. G.Səfərova vurğulayıb ki, Gəncə hadisələri zamanı hər iki valideynini itirmiş Nilay Ələsgərovanın hər kəsə himayə verilməsi qanun baxımından düzgün hesab olunmur: "Bildiyimiz kimi, məlum hadisələrdən sonra bir çox insan bu balaca körpəmizi himayəyə götürmək istəyini bildirdi.
Təbii ki, başadüşüləndir. Məlum hadisələrə görə hər kəs üzüldü, hamı ürək yanğısı yaşadı.
Amma dövlətimizin bir çox qayda-qanunları var. Əgər həmin körpənin yaxın qohumları onu saxlamaqdan imtina etsələr, ondan sonra başqa şəxslərə himayəyə verilə bilər. Yəni bu, heç də o demək deyil ki, kim istəsə gedib götürə bilər. Hər şey ilk növbədə dərindən araşdırılacaq. Bildiyimiz kimi, övladlığa götürmək barədə qanunlarımızda bir sıra dəyişikliklər olub və daha da sərtləşdirilib".
Ekspert diqqətə çatdırıb ki, əgər həmin körpə yaxın qohuma himayəyə veriləcəksə belə ona ictimai nəzarət olacaq:
"Bu gün Azərbaycanda çətin şəraitdə yaşayan ailələrə yardım üçün bir çox dövlət proqramları var. Cənab Prezidentimiz belə körpələrə ictimai nəzarətlərin olmasını hər zaman xüsusi olaraq vurğulayır.
Hər zaman buna QHT-lərin qoşulmasını da tövsiyə edir. Düşünürəm ki, belə işlərdə QHT-lər olaraq daha fəal olmalıyıq, yoxlamalıyıq. Dəfələrlə himayə verilən uşaqların monitorinqi aparılmalı, onların gələcək taleyinin necə olduğu araşdırılmalıdır.
Onlar heç zaman unudulmamalıdır. Eləcə balaca Nilay körpəmiz. Əgər bu körpə balamız yaxın qohuma himayə veriləcəksə, onun gələcək taleyi daim araşdırılacaq".
Qeyd edək ki, azyaşlının 18 yaşınadək xalasıgildə himayədə olacaq. Bundan başqa Gəncə hadisələrində 16 yaşlı Sevil Əliyeva və 8 yaşlı qardaşı Hüseyn Əliyev də eyni gündə valideynlərini itirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq