İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB
09:42 21.06.2020
Hadisə
643
Bu gün yay Günəş duruşu günündə 2020-ci ilin həlqəvari Günəş tutulması gerçəkləşib.
APA-nın xəbərinə görə, 07:46-da başlayan ilin ilk Günəş tutulma hadisəsi saat 13:34-də başa çatıb.
Tutulmanın maksimumu saat 10:41-də olub.
saat 07:46
Bu gün yay Günəş duruşu günündə 2020-ci ilin həlqəvari Günəş tutulması gerçəkləşir.
APA-nın xəbərinə görə, ilin ilk Günəş tutulma hadisəsi saat 07:46-da başlayıb.
Günəş tutulması saat 13:34-də başa çatacaq. Tutulmanın maksimumu saat 10:41-də olacaq. Bu təbiət hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.
Günəş tutulması Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Tutulmanın həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər.
Azərbaycan ərazisində isə Günəş tutulması qismən müşahidə olunacaq.
Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.
Qeyd edək ki, 2020-ci ildə növbəti Günəş tutulması dekabrın 14-də baş verəcək və bu tutulma tam Günəş tutulması olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol