“İndi vətəndaşların davranış qaydaları, məsuliyyəti olduqca vacibdir”
Fidan Həmişəyeva
13:11 12.09.2020
Hadisə
759
“Hər bir vətəndaş qaydalara əməl etməklə dövlətimizin bu sahədə effektiv mübarizə aparmasına yardımçı olmalıdır”
Payız aylarında pandemiyanın ikinci dalğasının başlana biləcəyinə dair xəbərdarlıqlar olunur. İkinci dalğa barədə müzakirələr tək Azərbaycanda deyil, bütün dünyada aparılır. Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) mətbuat katibi Marqaret Harris olduqca maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, təəssüf ki, ötən həftədən bəri koronavirus infeksiyası ilə əlaqədar uğursuz dinamika müşahidə olunur. ÜST rəsmisi koronavirusun ikinci dalğası ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edib.
Pandemiyasının yenidən aktivləşəcəyi ilə bağlı proqnozlar təəssüf ki, təsdiqlənir. Yoluxma səviyyəsinin azalma müşahidə olunduğu ölkələrdə xəstə sayından kəskin artım qeydə alınıb. İndiyədək az yoluxma qeydə alınan qonşu Gürcüstanda vəziyyət gərginləşməyə başlayıb. Məlumdur ki, ölkəmizdə kafe və restoranların fəaliyyətinin bərpası, yeni tədris ilinin başlanması, rayonlara gediş-gəlişə icazə verilməsi indi ən çox müzakirə predmetinə çevrilən məqamlardandır. Bu baxımdan əhalinin məsuliyyətli olması olduqca vacib məsələdir.
Millət vəkili Soltan Məmmədov“Sherg.az”a bildirib ki, ölkəmizdə yoluxma sayının artması karantin qaydalarının hansı səviyyədə icra olunması ilə bağlıdır. Parlament üzvü vurğulayıb ki, bu günə qədər dövlət tərəfindən təmin olunmuş qoruyucu vasitələrin mövcudluğu, qısa zamanda maska istehsalı üçün müəssisələrin yaradılması bizə payız fəslində qarşıya çıxa biləcək problemlərin həllində böyük dəstək olacaq:
“Virusa yoluxanların sayında artım olsa belə, tibbi baxımdan bu çətinliklərə hazırıq. Xəstəxanalarımızda kifayət qədər çarpayı sayı var. Eyni zamanda reanimasiya xidmətimiz gücləndirilib. Həkimlərimiz dünyada yeni infeksiya ilə mübarizədə kifayət qədər təcrübəyə malikdir.
Ölkəmizdə həm tibb müəssisələrinin, həm laborator xidmətlərin təmin olunması test və dərman təminatı mübarizə aparmağımıza kömək olur. Lakin vətəndaşların davranış qaydaları, məsuliyyəti olduqca vacibdir.
Hər bir vətəndaş qaydalara əməl etməklə dövlətimizin bu sahədə effektiv mübarizə aparmasına yardımçı olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat