İranda ölüm cəzasına məhkum edilən şəxs zaminə buraxıldı

İranda rejim əleyhinə etirazlar zamanı həbs edilən və ölüm cəzasına məhkum edildiyi iddia olunan Erfan Soltani zaminə buraxılıb.

Sherg.az xəbər verir ki, İran məhkəməsi ona edam hökmü verildiyini təkzib edərək, yalnız təhlükəsizliklə bağlı ittihamların mövcud olduğunu bildirib. Soltaninin təxminən 12 600 dollar məbləğində zamin qarşılığında azadlığa buraxıldığı açıqlanıb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl edamlar həyata keçirilərsə sərt tədbirlər görüləcəyi ilə hədələmişdi.