İranda telefonlara gələn SMS-in sirri açıldı

İranın telefon istifadəçilərinə göndərilən və ABŞ Prezidenti Donald Tramp ilə bağlı olan SMS-in səbəbi müəyyən edilib.

Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, mesaj reklam məqsədli kütləvi SMS sisteminin hacklənməsi nəticəsində göndərilib.

Mesajda “ABŞ Prezidenti hərəkət adamıdır. Gözləyək və görək” sözləri yer alıb.

Hücum nəticəsində təxminən 50 min abonent bu mesajı alıb.