İspaniyanın Qranada şəhəri yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib.
Sherg.az xəbər verir ki, bu barədə İspaniya Milli Coğrafiya İnstitutu məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 01:00 radələrində qeydə alınıb. Zəlzələnin episentri Alendin yaşayış məntəqəsi yaxınlığında, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra təcili xidmətlərə 200-ə yaxın müraciət daxil olub. İlkin məlumata görə, xəsarət alan olmayıb. Bununla yanaşı, bəzi binalarda çatlar yaranıb, karnizlərin, divar hissələrinin və digər konstruksiya elementlərinin düşməsi barədə məlumatlar daxil olub.
Hadisədən sonra Əndəlüs hakimiyyəti seysmik təhlükə zamanı fəaliyyət planının fövqəladə rejimini işə salıb.