"İstəmiyərək xəsarət yetirildikdə başqa maddələr irəli sürülür" - Hüquqşünas
Aynur Babazadə
06:08 19.07.2020
Hadisə
831
Zaqatalada 28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazını kəsərək xəsarət yetirib. Hadisə axşam saatlarında Zaqatala şəhərinin ərazisində qeydə alınıb.
Rayonun Aşağı Tala kənd sakini, 1992-ci il təvəllüdlü H.Həmzəyev şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Q.B.-nın boğaz nahiyəsinə şüşə parçası ilə iki yerdən xəsarət yetirib. Q.B. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir.
Hadisə hansı səbəbdən baş verib? Şəxsin əməli necə qiymətləndirilir?
Mövzuyla bağlı Sherg.az-a danışan BDU-nun Hüquq fakültəsinin dekan müavini, dosent Aytəkin İbrahimova suallarımızı cavablandırıb:
“Həmin şəxsin hadisəni hansı niyyətlə etdiyini bilmirik. İstintaq zamanı şəxs dindirilir və hadisənin hansı səbəbdən törədildiyi məlum olur. Və bu, əməllə tutuşdurulur ki, hadisə istəyərək törədilib, ya yox. Ola bilər ki, istəmiyərək xəsarət yetirmiş olsun. Bu zaman başqa maddələr irəli sürülür. Bunlardan biri də “ehtiyatsızlıqdan sağlamlığa zərər vermə”dir.
Müstəntiq istintaqı aparır. İş prokurorluğa daxil olur. Daha sonra prokurorluqdan dövlət iddiamçısı iddia qaldırır və iş məkhəməyə göndərilir. Məsələyə baxılır və hakim qərar çıxarır. Əməl, niyyət bütün məhkəmə prosesində iddiaçı tərəfin ortaya qoyduğu sübutlar, qarşı tərəfin özünü müdafiə sistemi və hakimin çıxardığı yekun qərara əsasən müəyyənləşir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə