İtaliyada müdafiə nazirinin səsindən istifadə olunaraq dələduzluq edilib
Yusif Nəzərli
17:03 10.02.2025
Hadisə
374
İtaliyada süni intellekt vasitəsilə müdafiə naziri Quido Krosettonun adından və səsindən istifadə olunaraq ölkənin aparıcı iş adamlarını hədəf alan dələduzluq edilib.
Trend xəbər verir ki, fırıldaqçılar nazirin səsini süni intellektlə təqlid edərək 10-dək iş adamını aldatmağa çalışıblar.
Belə ki, bir generalın adından həmin iş adamlarına nazirliyin stasionar telefonundan zənglər edilib. Daha sonra nazirin adından istifadə olunaraq İranda və Suriya saxlanılan jurnalistlərin azad edilməsi üçün vəsait toplandığı bildirilib, bu vəsaitin daha sonra Mərkəzi Bank vasitəsilə iş adamlarına geri qaytarılacağı bildirilib.
Fırıldaqçıların hədəf aldıqları iş adamları arasında məşhur moda brendi “Armani”nin sahibi Giorgio Armani, moda nəhəngi “Prada”nın baş icraçı direktoru Patrizio Bertelli, “İnter” futbol klubunun sabiq prezidenti Massimo Morattinin və digər biznesmenlərin olduğu bildirilib. Massimo Moratti fırıldaqçılara indiyədək ümumilikdə təxminən 1 milyon avro göndərdiyini deyib.
Müdafiə naziri Quido Krosetto məsələ ilə bağlı prokurorluğa şikayət edəcəyini bildirib və sosial media hesablarında onun adından istifadə edərək dələduzluq olunduğu barədə xəbərdarlıq yayıb. Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
16:34 22.07.2026
Dünya