Kanadada həmyerlimizin kafesi qarət olundu
Yusif Nəzərli
04:45 10.03.2025
Hadisə
313
Ötən gecə Toronto şəhərində həmyerlilərimizin ötən il açdığı "Cake Toronto" kafesi qarət olunub. "2727 Steeles Ave. West" küçəsində yerləşən kafenin rəhbəri Bahar Quliyeva hadisə ilə bağlı bizimlə söhbətində bildirib ki, gecə saatlarında naməlum şəxs kafenin şüşəsini qıraraq içəri daxil olub.
Axar.az Canazerbaijan.com-a istiadən xəbər verir ki, eyni vaxtda yaxınlıqda daha 4-5 fərqli obyektin qarət edildiyi məlum olub. Kafeyə təxminən 2 min dollar ziyan dəyib.
Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, oğru şüşəni sındırarkən özünü yaralayıb və kafenin içində cəmi 1 dəqiqə 10 saniyə qalıb. O, kassadakı az miqdarda xırda pulu götürərək kafeni tərk edib, lakin əsas maddi ziyan sındırılan şüşənin bərpası ilə bağlı olacaq.
Bahar Quliyevanın sözlərinə görə, böyük məbləğdə maddi ziyan olmadığı üçün sığorta şirkəti dəyən ziyanı qarşılamayacaq. Hadisədən sonra kafe rəhbərliyi dərhal polisə müraciət edib və təxminən 1 saat sonra polis hadisə yerinə gələrək hesabat hazırlayıb. Daha sonra kriminal ekspertlər əraziyə gələrək barmaq izi, qan izləri və təhlükəsizlik kameralarının görüntülərini götürüblər.
Oğrunun üzü açıq göründüyü üçün onu tapmaq ehtimalı yüksəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb
10:41 29.09.2026
Hadisə
UEFA Mbappeni 3 oyunluq cəzalandırdı
10:34 29.09.2026
Futbol
Rusiya Paşinyanın yerinə Qaregini gətirmək istəyir - Şirinyan
10:05 29.09.2026
Region
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual