Kəlbəcər və Laçında yanğının söndürülməsinə helikopterlər cəlb olunub

Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.

APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, yanğının dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.