Kosmosdakı astronavtlar danışdı: “Taleyin ümidinə buraxıldıq”
Yusif Nəzərli
00:53 03.04.2025
Hadisə
382
Doqquz ay Beynəlxalq Kosmik Stansiyada qapalı vəziyyyətdə, çıxılmaz durumda qalmış Batç Uilmor və Suni Vilyams başlarına gələni ilk dəfə "Fox News" telekanalına danışıblar.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, astronavtlar "Boeing" tərəfindən hazırlanmış "Starliner" adlı eksperimental kosmik gəmini sınaqdan keçirmək üçün 5 iyun 2024-cü ildə stansiyaya yol alıb.
8 gün davam etməsi planlaşdırılan missiya "Starliner"dəki texniki nasazlıqların yaratdığı təhlükəsizlik riskləri səbəbiylə təxminən 9 ay davam edib və iki astronavt bu müddət ərzində stansiyada qapalı vəziyyətdə qalıblar. İki astronavt 19 martda SpaceX-in "Dragon" kosmik gəmisi ilə Yerə qayıda bilib.
Telekanala müsahibələrində astronavtlar gözlənilməz hadisələrin hamının buraxdığı ümumi səhvlərdən qaynaqlandığını bildiriblər. "Boeing" və NASA-nın görmədikləri "sınaq və hazırlıq nöqsanlarından" məsul olduğunu söyləyən Uilmor, "Etiraf etməliyəm. Elə şeylər var ki, soruşmalı idim, amma soruşmadım. O zaman bu sualları verməliydim. Amma geriyə baxanda indi görürəm ki, bütün bu prosesin baş verəcəyinə dair siqnallar var idi. Hər kəs bunun işləməyəcəyini qəbul etdi", deyib. O, kosmik stansiyada planlaşdırıldığından daha uzun müddət qalacaqlarını ilk anlayanda yeni vəzifələrə hazırlaşdıqlarını söyləyib: “Evə gec gələcəyimiz aydın olanda düşündüm ki, stansiyada əlimizdən gələni etməliyik. Dərhal işə başlamağa və bizə verilən tapşırıqları öhdəmizə götürməyə hazır idik”. Uilmor deyib ki, müddətin uzadılacağını öyrənəndə ağlına ilk gələn ailəsi olduğunu, əvvəlcə qızının orta məktəb illərini qaçıracağından narahat olduğunu, lakin bir müddət sonra övladlarını belə hallara tab gətirmək üçün böyütdüyünü xatırladığını deyib. "Biz evə planlaşdırıldığı kimi çatmadıq. Beləliklə, bir tərifdə ilişib qaldıq. Amma böyük şəkildə, biz ilişib qalmadıq. Planlanmışdıq, öyrədilmişdik. "Starliner" inventarımızdakı ən möhkəm kosmik gəmidir. Onun edə biləcəyi hər şeyi edə biləcək başqa bir kosmik gəmi yoxdur”, deyən Uilmordan "Boeing" tərəfindən hazırlanmış "Starliner" vasitəsində yaşanan problemlərin şirkətə qarşı inamsızlıq yaratıb-yaratmadığını soruşduqda, o, “bunu belə təsvir etməzdim. Kosmik gəmi bütün müxtəlif sistemləri bir araya gətirməsi baxımından olduqca mürəkkəbdir”, söyləyib. Qeyd edilir ki, D.Tramp və Mask fevral ayında Bayden administrasiyasının astronavtları Beynəlxalq Kosmik Stansiyada “siyasi səbəblərə görə” tərk etdiyini iddia etmişdilər. Keçən həftə NASA sözçüsü Bethani Stevens "Fox News"a verdiyi açıqlamada Tramp administrasiyasının astronavtların təhlükəsiz geri qayıtmasından məsul olduğunu bildirərək, “Prezident Trampın müdaxiləsi olmasaydı, bu baş verməzdi” deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ferran Torres PSJ-yə keçir
13:37 11.07.2026
Futbol
Netanyahunun ən böyük kabusu Türkiyədir - ŞƏRH
13:11 11.07.2026
Gündəm
Rumıniya Qara dənizdə 5 dronun zərərsizləşdirildiyini açıqlayıb
12:49 11.07.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ
12:43 11.07.2026
Ekologiya
İran: Müharibə elm infrastrukturuna 300 milyon dollar zərər vurub
12:30 11.07.2026
Gündəm
Nepalda vəhşi fil eyni ailənin daha iki üzvünü öldürdü
12:11 11.07.2026
Hadisə
Ucarda suda batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
12:08 11.07.2026
Hadisə
Tehranda partlayış səslərinin səbəbi məlum oldu - YENİLƏNDİ
11:44 11.07.2026
Region
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır
11:37 11.07.2026
Region
Tehranda partlayış səsləri eşidildi
11:33 11.07.2026
Dünya
Dərman qəbulunda edilən səhv
11:17 11.07.2026
Sağlamlıq
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb
11:06 11.07.2026
Gündəm
Neft bahalaşdı
10:34 11.07.2026
İqtisadiyyat
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı
10:25 11.07.2026
Gündəm
Azarov: Ukraynada siyasi terror qurbanlarının sayı 150-ni keçib
10:04 11.07.2026
Dünya
Mayamidəki milyonluq mənzilini 1 dollara satdı
09:07 11.07.2026
Şou