Krit sahillərində zəlzələ oldu

Aralıq dənizində, Krit adası sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanasının məlumatında deyilir.

Təkanlar yerin 6,5 km dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat yoxdur.