İstanbul Arnavutköyündə dəhşət saçan hadisə baş verib. 14 yaşlı M.A.D. motosikletlə zincir marketin önünə gələrək silahla 4 atəş açıb və qaçıb.
Sherg.az xəbər verir ki, xoşbəxtlikdən hadisədə yaralanan olmayıb, amma marketin şüşələri və reklam lövhəsi zədələnib.
Hadisə anı təhlükəsizlik kamerasına düşüb. Polis hadisə yerinə çox sayda əməkdaş göndərərək ərazidə təhlükəsizlik tədbirləri görüblər. Aparılan araşdırmalar nəticəsində M.A.D. saxlanılıb. İstintaq davam edir.