Gürcüstanda Marneuli bələdiyyəsində iki məcburi evliliyin qarşısı alınıb.
24News.ge xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Samira Bayramova sosial şəbəkədə məlumat yayıb.
Hüquq müdafiəçisinin məlumatına görə, polis qızları xilas edə bilib və onlar hazırda təhlükəsiz yerdədirlər. Onun sözlərinə görə, hadisədə iştirak edən ailə üzvləri barəsində hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülüb.
Samira Bayramova sosial şəbəkədəki paylaşımında yazıb: “Marneulidə məcburi evliliyin daha iki halı qeydə alınıb. Yaxşı xəbər odur ki, qızlar yaxşıdır, ailə üzvləri isə yox. Polis qızları xilas edə bildi. Bu gün biz rahat yatacağıq, zorakılıq edənlər isə yox”.