Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb
Yusif Nəzərli
18:46 22.05.2025
Hadisə
323
Masallıda 11 gündür itkin düşmüş hesab edilən 18 yaşlı yeniyetmə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə Masallı rayonunun Çaxırlı kənd sakini, 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva may ayının 11-də gecə saat 23:00 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata əsasən, Şəfa Fətullayevanın itkin düşməsi ilə bağlı daxil olan müraciət əsasında axtarış elan edilib və onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
İtkin düşmüş hesab edilən Şəfa ilə bağlı bəzi təfərrüatlar məlum olub. Kənd sakinlərinin sözlərinə görə, ailə uzun illərdir ki, Rusiya Federasiyasında yaşayıb. Ailə bir neçə ay bundan əvvəl Azərbaycana qayıdıb.
Ailədaxili problemlər də bundan sonra başlayıb. Sakinlər, valideynlərin ayrıldığını və hazırda kənddə yaşamadıqlarını bildirirlər. Şəfanın da Bakı şəhərində anası və ya yaxın qohumlarından birinin yanında olduğu ehtimal edilir.
Hazırda deyilənlərə baxmayaraq polis əməkdaşları 18 yaşlı qızın axtarışlarını davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm