Maştağada 1 tona yaxın çətənə kolu yetişdirilən istixana aşkarlanıb - VİDEO
12:03 18.07.2025
Hadisə
413
Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib.
DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Toplanan sübutlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Həmin şəxsə məxsus istixanaya baxış zamanı yaş halda çəkisi 881 kiloqram 415 qram olan 2066 ədəd narkotik tərkibli çətənə kolu və 485 qram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və istixanada çətənə kollarının münbit şəraitdə yetişməsi üçün xüsusi damla-suvarma sistemi qurduğunu bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Həsənov saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə