Mingəçevirdə ər və arvad evdə ölü tapıldı

Mingəçevirdə faciəvi hadisə baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin 20 Yanvar küçəsi, 6 nömrəli ünvanda qeydə alınıb.

Mənzildə 1961-ci il təvəllüdlü Babayev Mustafa və arvadı 1962-ci il təvəllüdlü Babayeva Sayalının meyitləri tapılıb.

İlkin ehtimala əsasən, əvvəl qadın, daha sonra isə kişi dünyasını dəyişib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.