Müdhiş olay ! - Ögey ata azyaşlı qızına dağ basdı ! - Ağla, ürəkli cocuq... !
Fidan Həmişəyeva
12:33 10.09.2020
Hadisə
1272
“Travmalı uşaq sabahın terroristidir, cəmiyyətə bomba yetişdirib göndərmək lazım deyil”
“Məncə ögey ata ilə ailə qurmaq istəyən ana bunu düşünməlidir. Həmin kişi testlərdən keçməli idi”
“Cəzalar da sərt olmalıdır. Əks halda uşaqlara qarşı belə vəhşiliklər davam edəcək”
Sumqayıtda ögey atanın qızına işgəncə verməsi xəbəri dünəndən bəri davamlı müzakirə olunur. Ögey ata bıçağı qızdırıb uşağın əlinin üzərinə basıb. Hətta sosial şəbəkələrdə videogörüntülər də yayılıb. Şiddətə məruz qalan 11 yaşlı uşaq qaçıb qonşulara sığınıb.
Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə götürülüb. Komitədən verilən məlumata görə, faktla bağlı lazımi təbdirlərin görülməsi istiqamətində işlər aparılır. Qurum tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət olunub.
Mediada azyaşlı uşaqlara amansız işgəncə verilməsi xəbərlərinə əvvələr də rast gəlmişik. Təəssüf ki, artıq belə halları qeyri-adi qarşılamırıq. Çünki uşaqlara şiddət göstərən, istismar edən, hər cür vəhşiliyə və zorakılığa əl atanlar var. Nə yazıq ki, cəmiyyətimizdə bu cür “insanlar” yaşayır. Onlarla eyni havanı uduruq.
Baş verənləri “Sherg.az”a şərh edən “Müasir Qadın və Cəmiyyət” İctimai Birliyinin sədri Fidan Maqsudova təssüflə bildirib ki, uşaqlara şiddət göstərən məxluqların mövcudluğu danılmaz faktdır. O, qeyd edib ki, valideyn olmaq istəyən şəxs məsuliyyət dərk etməli və bilməlidir ki, bir insana qayğı, sevgi, normal həyat tərzi verə biləcəkmi, buna qadirdimi:
“Heç bir insan valideyni seçə bilməz, bu, bizim üçün seçim deyil. Amma valideyn dünyaya uşaq gətirəcəksə, öncə özündə bu suallara cavab tapmalıdır: Normal şəxsiyyət yetişdirə bilərəmmi? Travmalı uşaq sabahın terroristidir, cəmiyyətə bomba yetişdirib göndərmək lazım deyil. Məncə ögey ata ilə ailə qurmaq istəyən ana bunu düşünməlidir.
Öncə isə dövlət bu məsələdə uşaqları nəzərə almalıdır, onlar üçün bir qayda qoymalıdır. Ailə qurmazdan qabaq uşaqların fikri öyrənilməlidir. Həmin kişi ikinci ata ola bilib-bilməyəcəyinə dair testlərdən keçməli idi. Bir çox xarici ölkələrdə artıq bu qaydalar tətbiq olunur”.
Birlik sədri düşünür ki, dövlət bu məsələ ilə əlaqədar uşaqlar üçün əlçatanlığı nəzərə almalıdır:
“Çox uzaq deyil, ele yaxın tarixdə Tovuzda Nərminin başına gələnlər hər birimizi sarsıtdı. Hər şey valideyn məsuliyyətsizliyindən baş verir. Ona görə də sözügedən hadisələrlə bağlı mütləq qaydalar tətbiq edilməlidir.
Həmçinin cəzalar da yetərincə sərt olmalıdır. Əks halda uşaqlara qarşı belə vəhşiliklər davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat