Nəcməddin Sadıkov milyonluq kreditin ayrılmasını xahiş etmişdi - "Şlyapa Zahid"in məhkəməsi
Yusif Nəzərli
14:30 13.03.2025
Hadisə
420
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İş üzrə şahid qismində tanınan Mürsəl Əliyev bildirib ki, təqsirləndirilən şəxsi tanımır: “Təqsirləndirilən şəxslə tanışlığım yoxdur. Mən “Bakı” jurnalında baş mühasib vəzifəsində çalışmışam. Bir neçə dəfə “Şahin CO”nun hesabatlarını vermişəm. Sözügedən hesabatlar da boş hesabatlar olub. Şirkət fəaliyyət göstərmədiyi zaman boş hesabat verilir. Zahidi isə 3 dəfə görmüşəm. “Bakı” jurnalına hesabatları vermək üçün gələndə, Vergilər Nazirliyində və bir dəfə də DTX-də görmüşəm”.
Dövlət ittihamçısının “AES Kapital” MMC-nin yaradılmasında məqsədi barədə sualına cavab olaraq bununla əlaqəsi olmadığını bildirib. Onun istintaqa verdiyi ifadə ilə indiki ifadə arasında ziddiyyət olub.
Məhkəmə onun ifadəsini elan edib.
O, ifadəsində bildirib ki, “AES Kapital” MMC Dəyanət Quliyev və Fərid Hüseynovun göstərişi ilə yaradılıb:
““Şahin CO”-ya kredit ayrılması Fazil Məmmədovun göstərişi ilə olub. Sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov Fazil Məmmədovdan bu barədə xahiş etmişdi. Ona kredit arılması üçün də bu MMC yaradıldı. Bunu yaratmaqda köməklik göstərmək mənə tapşırıldı. Kreditin ayrılması üçün mənim hazırladığım sənədlər banka göndərilib və kredit ayrılıb. Bir dəfə 10 milyon dollardan çox, 13,660,000 dollar və başqa əməliyyatlar həyata keçirilib. Daha sonra 7 milyon manat təsərrüfat məqsədilə nağdlaşdırılıb”.
Şahid ibtidai istintaqa verdiyi ifadəni təkzib edib. O, məhkəməyə verdiyi ifadəni təsdiqləyib.
Daha sonra iş üzrə növbəti şahid İltifat Ağayev ifadə verib.
Şahid ifadəsində 1997-2015-ci illərdə bankda müxtəlif vəzifələrdə işlədiyini, 2015-2017-ci illərdə isə bankın İdarə heyətinin formal üzvü olaraq çalışdığını bildirib:
“”Şahin CO”nun sadəcə, adını eşitmişəm, amma ordan kimləsə şəxsi tanışlığım olmayıb. Təqsirləndirilən şəxsi tanımıram. 2015-ci ilin sonundan başlayaraq banka kənardan müdaxilələr oldu. Bu qədər məbləğin qısa zaman ərzində verilməsi mümkün deyil. Bu məbləğin verilməsi üçün müəyyən proseslər həyata keçirilməli, mərhələli şəkildə işlər aparılmalıdır. Təcrübəmə əsasən deyə bilərəm ki, bu işə kənardan müdaxilə edilib”.
Şahid əlavə edib ki, kreditin ayrılması üçün onun da imzası olub:
“İmzam olub, lakin mən İdarə Heyətinin formal üzvü olmuşam, fiziki olaraq iştirak etməmişəm. İmzalamışam, amma bu imzalanma müzakirədən 1-2 ay sonra olub. İmza atmağım mənim nöqsanımdır”.
Proses aprelin 2-də davam etdiriləcək.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur. İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya