
Nuhun gəmisi: Ağrı dağında axtarışlar
13:14 14.05.2025
Hadisə
456
Ağrı dağında Nuhun gəmisini axtaran tədqiqatçılar aylar sonra ilk böyük dəlil tapıblar. Dağın dərinliklərindəki yeni kəşf gəminin Bibliyadakı təsvirinə birə-bir uyğun gəlir.
“Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, dünyanın hər yerindən gələn tədqiqatçılar Türkiyənin ən yüksək dağı olan Ağrı dağının dərinliklərində Nuhun gəmisinin qalıqlarını axtarırlar. Müqəddəs Kitaba görə, bu nəhəng gəmi 4300 ildən çox əvvəl baş vermiş böyük sel fəlakəti zamanı bəşəriyyəti və bütün heyvanları yox olmaqdan xilas edib. Ağrı dağı yaxınlığındakı Durupınar formasiyasında çalışan bir qrup amerikalı tədqiqatçı dağın dərinliklərində bucaqlı strukturlara və boşluqlara dair dəlillər aşkar ediblər. Müstəqil tədqiqatçı Endryu Cons yerə nüfuz edən radardan istifadə edərək təbəqənin mərkəzindən keçən 13 metrlik tunel aşkar edib.

Nuhun Gəmisi Scans tədqiqat qrupu yeraltı skan nümunələrini dərc edib. Skanlar, həmçinin üç göyərtəli gəminin Bibliyadakı təsvirinə uyğun gələn yeraltı üç təbəqəni də təsvir edir. İndiyə qədər aparılan skanlar səthdən təxminən 6 metr aşağıda uzanan bucaqlı strukturları aşkar edib. Bu strukturlar göyərtə kimi platformanın altındakı otaqları təmsil edə bilər. Tədqiqat qrupunun üzvü "Qayıq formalı formasiyanın içərisində böyüyən otların bayırdakı ərazi ilə müqayisədə fərqli rəngdə olduğunu gördük", deyib.
Həmçinin o, tunelin təbəqənin ucundan ortasına qədər uzandığı və onun keçmək üçün kifayət qədər böyük olduğu bildirilib. İçindəki kalium səviyyələri də təxminən 40 faiz yüksəkdir. Türkiyənin ən hündür zirvəsi olan Ağrı dağından cəmi 29 kilometr cənubda yerləşən Durupınar formasiyası müasir dünyaya bir əsrdən az müddətdir məlumdur. Yerli məlumatlara görə, 1948-ci ilin mayında yağan leysan yağışları və zəlzələlər ətrafdakı palçığı yuyub aparıb, sirli formalaşmanı üzə çıxarıb. Daha sonra bir çoban tərəfindən aşkar edilib. Müqəddəs Kitabda deyilir ki, Nuhun gəmisi dünyanı sular altında qoyan 150 günlük daşqından sağ çıxdıqdan sonra Ağrı dağında dayanıb. Maraqlısı odur ki, formasiya gəminin forma və ölçülərinə uyğun gələn zirvənin yaxınlığında yerləşir. İncil ölçülərinə görə gəminin uzunluğu təxminən 155 metr, eni 26 metr və hündürlüyü 16 metr olub. Gəminin Ağrı dağında dayanması fikri uzun müddətdir müzakirə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm