Ölüm gözlə, qaş arasındadır
Şəymən Bayramova
11:34 25.07.2020
Hadisə
794
Nə sürücülük vəsiqəsi var, nə də idarəetməni bilir
Gənclərimiz motosikletdən bir nəqliyyat vasitəsindən daha çox əyləncə vasitəsi kimi istifadə edirlər. Xüsusən də bir çox kafe və restoranın sifarişlə yemək çatdırılması üçün son zamanlar motosikletlərdən istifadə etməsi geniş yayılmaqdadır
Aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşmalı, motosiklet sürücülərini yoxlamalıdırlar
Son zamanlar motosikletçilərin törətdiyi yol-nəqliyyat hadisələrinin sayında nəzərəçarpacaq artım hiss olunur. İstər bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayında özünü göstərən artım, istərsə təhlükəsizlik qaydalarına əməl edilmədən ondan istifadə edənlərin çoxluğu bu sahədə ciddi problemlərin olduğunu göstərir.
Baş verən qəzalara səbəb kimi də digər nəqliyyat vasitələrini idarə edən sürücülərin motosikletçilərin keçid haqqına hörmət etməməsi göstərilir. Elə özümüz də dəfələrlə şahidi olmuşuq ki, minik maşını və ya avtobus idarə edən sürücülər motosikletləri nəqliyyat gözündə görmədiyi üçün onların keçid haqqına hörmət etmədən məsuliyyətsiz davranış nümayiş etdirirlər.
Yol hərəkəti qaydalarının xüsusi qanunlarla tənzimləndiyini vurğulayan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bu sahədə formal da olsa bir qanunvericilik bazasının mövcud olduğunu deyib:
"Velosiped və motosikletlərə maraq Azərbaycanda hələ yeni-yeni formalaşdığı üçün yol infrastrukturumuz, motosiklet, eləcə də digər nəqliyyat vasitələrinin sürücüləri buna hazır deyillər. Gənclərimiz motosikletdən bir nəqliyyat vasitəsindən daha çox əyləncə vasitəsi kimi istifadə edirlər. Xüsusən də bir çox kafe və restoranın sifarişlə yemək çatdırılması üçün son zamanlar motosikletlərdən istifadə etməsi geniş yayılmaqdadır. Əksəriyyəti sürücülük vəsiqəsinə sahib deyil, ya da sürmə texnikası ilə bağlı təhsili yoxdur.
Bu, nəzarət tələb edən ciddi bir məsələdir. Aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşmalı, motosiklet sürücülərini yoxlamalıdırlar. Həvəskar motosiklet sürücülərinin nəqliyyatda meydana gələ biləcək təhlükəli vəziyyətlərdən xəbərsiz olması isə sonda canları bahasına başa gəlir. Motosiklet sürücüləri təhlükəsizlik qaydalarına çox ciddi riayət etməlidirlər. Motosikletlərin ətrafı açıq və ona görə də kiçik qəza anında belə sürücünün ciddi zədə alma ehtimalı var, hətta ölümlə də nəticələnir".
Ekspertin sözlərinə görə, bəzi gənclər motosikletdən idman vasitəsi kimi istifadə etdiyi üçün axşam saatlarında şəhərin küçələrində yüksək sürətlə motosiklet sürürlər:
"Yol nişanları, dayanma-durma qaydaları ilə bağlı da məlumatsız olduqlarından özlərinin və digər vətəndaşların həyatını təhlükəyə atırlar. Ona görə də Dövlət Yol Polisi İdarəsinin bu məsələyə ciddi diqqət ayırmasına ehtiyac var. Dediyim kimi Azərbaycanda motosikletlərin idarə olunması yenicə kütləvi hal almağa başladığı üçün motosiklet idarə edən gənclərin qanunsuzluğuna müəyyən dərəcədə göz yumulur, onların sürücülük vəsiqəsinin olub-olmadığına o qədər də əhəmiyyət verilmirdi. Artıq qəzaların artması bu sahədə həyəcan təbili çalınmasına işarədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region