Ombasını böyütdü, başına dərd açdı
Yusif Nəzərli
10:45 28.05.2025
Hadisə
370
Dolqu və botoks kimi estetik prosedurlara baş vuranlar gündən-günə çoxalır. Sosial media fenomeni Danla Biliç 3 il əvvəl ombasına etdirdiyi dolğunun qabırğalarına yayıldığını və həkiminin əməliyyatı edərkən əməliyyatın risklərindən bəhs etmədiyini iddia edib.
Sherg.az “NTV.com.tr”yə istinadən qeyd edir ki, o, hətta izləyicilərinə "Heç vaxt omba dolqusu etməyin" mesajı verib. Danla Biliç, həkim ona “o dolğular sürüşüb qabırğalarına qədər gedəcək”, deyə xəbərdar etmədiyi üçün sənədləri imzalayıb və əməliyyata razılıq verib. D.Biliç “indi başqa həkim yenidən əməliyyat aparacaq. Əgər dolğu əməliyyatı etdirmək istəyirsinizsə, onu ləğv edin, vaz keçin, həyat üçün təhlükəlidir” deyə bildirib. Plastik və estetik cərrahiyyə mütəxəssisi Alper Eskalen, hər estetik prosedurda olduğu kimi son illərdə bud-çanaq estetikasına marağın artdığını ifadə edərək, omba dolğularının həyati risklərini izah edib. "Sosial media omba dolğularına marağın artmasına böyük təsir edir" deyən həkim enjeksiyonlu omba dolğularının yaratdığı risk və yan təsirlərə görə dünyanın bir çox ölkəsində qadağan edildiyini bildirib. Eskalen, bəzi xəbərdarlıqlar edib: "Bu dolğuların yaratdığı ən böyük problem onların toxumada nəzarətsiz şəkildə dağılaraq yayılması və orqanizmin bu dolğu maddəsini qəbul etməməsi, yad cisim reaksiyası deyilən reaksiyaya səbəb olmasıdır. Bundan başqa tətbiq zamanı sterillik şəraitindən asılı olaraq infeksiyaya səbəb ola bilər və bu infeksiyaya bağlı yara inkişafı hətta həyati risklərə də səbəb ola bilər. Bundan əlavə, omba bölgəsində damar quruluşu baxımından pleksus adlı şəbəkə quruluşu var. İnyeksiya zamanı bu təhlükəli nahiyəyə yanlış yeridilməsi dolğunun ağciyərlərə və ürəyə getməsinə və həyati təhlükə yarada bilər". Omba estetikası üçün ən yaxşı həllin insanın öz piyindən lazımi miqdarda və təhlükəsiz bölgələrdə edilən iynələr olduğunu vurğulayan həkim plastik-rekonstruktiv və estetik cərrahlar xaricində kimsəyə əməliyyat üçün müraciət edilməməsini tövsiyə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm