Ordubadda dəm qazından kütləvi zəhərlənmə: ölən var

Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.

Sherg.az Report-a istinadla xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.

Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Salman Əli oğlu Bağırov, həyat yoldaşı 1943-cü il təvəllüdlü Mənzər Qasım qızı Bədəlova, gəlinləri 1961-ci il təvəllüdlü Qızbəsti Əliqulu qızı Zeynalova və qohumları 1955-ci il təvəllüdlü Rəmziyyə Əvəz qızı Fətəliyeva zəhərləniblər.

Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Bağırovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.