Antalyanın Alanya rayonunda sel zamanı Dimçayında çardaqda qalmış “Paşa” adlı iti xilas edən iş adamı Serkan Şimşek və əməkdaşı Abdullah Alpin görüntüləri sosial mediada böyük maraq doğurub.
Sherg.az xəbər verir ki, Şimşek hadisəni belə izah edib:
“Qapını sökdük, dama çıxdıq, sürüşməmək üçün xalı sərdik. Aşağıya çağırdıq, çətin oldu amma çıxardıq. Anın həyəcanıyla etdik, yenə eyni vəziyyətdə tutardım.”
Abdullah Alp isə əlavə edib:
“Su yüksəldi, qorxdum, amma hər şeyə baxmayaraq "Paşa"nı xilas etdik.”
Alanya Kaymakamı Şakir Öner Öztürk onları qəbul edərək xilasetmə anının süni intellektlə hazırlanmış tablosunu hədiyyə edib və “Paşa üçün canınızı riskə atmanız hər tərifin üstündədir” deyib.