Psixoloq “ip ucu” verdi: “İntihara meyilli olanlar susaraq nələrsə deyirlər sadəcə...”
Yusif Sultanoğlu
13:33 11.12.2020
Hadisə
900
“...Biz dərk etmirik. Bizim toplumda dinləmək problemi var”
“İnsanları eşitməyi, başa düşməyi bacarmırıq. O şəxsləri anlasaq, bütün problemlər həllini tapar”
Şəki rayonunda 8 dekabr tarixində 23 yaşlı qadın özünü asaraq öldürüb.
Hadisə Bolludərə kəndində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Sevinc Etibar qızı Hüseynovanın meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsində asılmış vəziyyətdə aşkar edilib.
Bu, eşitdiyimiz ilk intihar xəbəri deyil. Görünür, son da olmayacaq. İstər məişət problemləri, istərsə də müəyyən çətinliklərdən dolayı çıxılmaz vəziyyətdə qalan şəxslər qurtuluş yolunu ölüm də görür. Öz istəkləri ilə yaşamlarına son verirlər. Həmin an onların hansı hissləri keçirdiyini, nələr yaşadığını təxmin etmək belə çətindir. Axı candan şirin nemət varmı? Ona necə qıymaq olar? Yəqin ki, qınamaq da düzgün deyil. Həmin insanları son həddə, ölüm yoluna çatdıran müəyyən səbəblər var.
Bu səbəbləri “Sherg.az”a sadalayan psixoloq Fərqanə Mehmanqızı deyib ki, fərdin özünə qəsd etməsinə səbəb psixoloji travmaların üst-üstə yığılmasıdır:
“Ən sonuncu qığılcım həmin problemləri alışdırır. Beyin fırtınası baş verir, insan intihara meyillənir. Hər zaman intiharlar haqqında müsahibə verəndə xüsusilə valideynlərin oxumasını istəyirəm.
Çünki hər ata-ana uşaq yetişdirərkən sözlərinə, ifadələrinə diqqət etməlidir. Övladlarıyla yaxud da özləri bir-birləri ilə söhbət edərkən ehtiyatlı olmalıdırlar.
Məsələn biz uşaq olanda böyüklərimiz müəyyən ifadələr işlədirdi: “Allah səni öldürsün. Ölsəydin canımız qurtarardı”. Hansısa ölüm hadisəsi baş verəndə deyirdilər ki, öldü, canı qurtardı. Belə sözlər uşağın şüuraltında qalır. Onlar ölümün can qurtaran olduğunu düşünürlər. Sonra uşaqlıq travmaları, müəyyən problemlərin təsiri ola bilər. Böydükdə şüur altında həkk olunmuş ifadə üzə çıxır. Bunlar beyinin insanla oynadığı oyunlardır”.
Psixoloq həmçinin qeyd edib ki, hər hansı bir təzyiq insanı intihara aparır:
“Bəzi mütəxəssislər insanın özünü öldürməsinə səbəbin maddi problemlər olduğunu düşünürlər. Lakin dünyadakı intihar hallarına nəzər salsaq görərik ki, tanınmış sənətçilər, maddi cəhətdən problemi olmayan şəxslər də özlərinə qəsd ediblər. Deməli, intihar psixoloji durumla bağlıdır. İnsan mənfi hadisələr yaşadıqca onun fəsadları yığılır, intihar müəyyən problemlərin nəticəsidir.
Onu da deyim ki, yaxınlarımıza diqqət etməliyik. Hər insan özünü öldürməzdən əvvəl ətrafa bunu hiss elətdirir. Ona görə diqqətli olmaq lazımdır. Vaxtında onları anlayıb, hadisənin qarşısını almaq vacibdir.
Hər intihara cəhd edən şəxs, bu halı təkrarlaya bilər. Onları dinləməliyik. Bizim toplumda dinləmək problemi var. İnsanları eşitməyi, başa düşməyi bacarmırıq. Əgər o şəxsləri anlasaq, bütün problemlər həllini tapar. İntihara meyilli olanlar susaraq nələrsə deyirlər. Sadəcə biz dərk etmirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı
23:56 02.07.2026
Texnologiya
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz