
Qapalı məkanlarda siqaretin çəkilməsi yanğın ilə yanaşı... -AÇIQLAMA
Yusif Nəzərli
11:39 31.01.2025
Hadisə
432
Xaçmazda yanğın zamanı xəsarət alan kişi ölüb.
"Report"a xəbər verir ki, ötən gün Susayqışlaq kənd sakini, 1969-cu il təvəllüdlü Əvəz Vəlizadə yaşadığı evdə yataq otağında uzanarkən çəkdiyi siqaret kötüklərini yerə atması səbəbindən yanğın baş verib.
Yanğın zamanı yanıq xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, siqaretçəkmə zamanı yanğın təhlükəsizliyi qaydalarının nəzərə alınmaması bir çox faciəvi bədbəxt hadisələrə səbəb ola bilər:

“Qapalı məkanlarda, o cümlədən mənzil və binaların bloklarında siqaretdən istifadə yolverilməzdir. Qapalı məkanlarda siqaretin çəkilməsi yanğın hadisələri ilə yanaşı, qaz sızması nəticəsində partlayış hallarının da baş verməsini qaçılmaz edir. Ümumiyyətlə mənzillərdə siqaret çəkilməsi zamanı qığılcımın yanğına qarşı həssas olan, mebel, paltlarla təmas etməsi yanğının başlamasına təkan verə bilər. Bəzi hallarda siqaret çəkildikdən sonra natamam söndürülür və zibil qutusunda alışma baş verir. Bu səbəblə də obyektlərdə və iş yerlərində siqaretin çəkilməsi üçün xüsusi yerlər təyin olunmalı və nişanla işarələnməlidir. Həmçinin siqaret çəkilən yerlərdə su və odsöndürən balon mövcud olmalıdır. Bütün hallarda yanğın hadisələrinin baş verməməsi üçün daha da diqqətli olunmalı, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi