Qazilərin intiharı ! - Bu məşum olayları necə önləyək ? – Yol göstərildi
Fidan Həmişəyeva
15:36 11.01.2021
Hadisə
855
İbrahim Rüstəmli:“Təsəvvür edin, günlər və həftələrlə döyüşdə olanlar ciddi psixoloji zərbə alırlar”
Elnur Rüstəmov: “Hərbi qulluqçuların hamısı ilə psixoloji reabilitasiya işi aparılmalıdır”
Son bir neçə gün ərzində 2 qazimizin intihar xəbəri hər birimizi sarsıtdı. Yanvarın 6-da qazi Vüsal Musayevin müalicə aldığı hərbi hospitalda özünə qəsd etməsi az qala bütün ölkəni silkələdi. 35 yaşlı qazinin 2 övladı var. Bu məşum hadisədən bir gün sonra-yanvarın 7-də daha bir Vətən müharibəsi iştirakçısı Yunis Mənsurov da intihar edib. Y.Mənsurov ölümündən bir neçə gün əvvəl tərxis olunub. 24 yaşlı mərhumun 1 övladı var.
Qeyd edək ki, müharibə şəraitində psixoloji durum olduqca gərgin olur. Döyüşlərdə iştirak edənlər savaş zamanı aldıqları travmalardan pessimizmə qapılırlar. Bu baxımdan müharibədən sonrakı dövrdə intiharların sayı artır. Hər iki qazimizi də intihara sürükləyən məhz müharibədə keçirdikləri güclü stress və şahidi olduqları dəhşətli mənzərələr səbəb olub.
Vətəndaşların həm fiziki, həm də psixi sağlamlığının qorunması milli təhlükəsizliyimizin ən aktual məsələlərindəndir. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza təcili psixoloji yardımın göstərilməsi fəaliyyəti davam etdirilir.
Nazirlikdən bildirilib ki, müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımız qaynar xəttə zəng edərək fasiləsiz rejimdə fəaliyyət göstərən psixoloqlara müraciət edə bilərlər. Bununla yanaşı, peşəkar psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasının təşkil olunması məqsədilə Türkiyə Respublikasından 20 mütəxəssis psixoloq dəvət olunub.
Müharibənin ağır zərbələri barədə “Sherg.az”a danışan hərbi ekspert İbrahim Rüstəmli qeyd edib ki, müharibə çox gərgin, ağır və psixoloji bir hadisədir:
“Bir tank 48 saat intensiv döyüş şəraitində olursa, onu əsaslı təmirə yola salırlar. Təsəvvür edin, günlər və həftələrlə döyüşdə olanlar ciddi psixoloji zərbə alırlar. Qazilərimizin intihar hadisələri baş verməzdən öncə müraciət etmişdim ki, müharibə iştirakçılarının psixoloji reabilitasiyası üçün fəaliyyətə keçmək lazımdır. Həmin iş Səhiyyə Nazirliyi səviyyəsində planlaşdırılaraq reallaşdırılmalıdır. Sağlamlığını itirməyən müharibə iştirakçılarımız da var ki, onların da psixoloji travmaları olub. Onlarda da özlərinə məlum olmayan psixoloji travmalar var. Bu zərbələr zamanında aradan götürülməlidir”.
İ.Rüstəmli söyləyib ki, bu işlə Səhiyyə Nazirliyi koordinasiya edilmiş şəkildə məşğul olmalıdır:
“Psixoloji məsələlər çox ağırdır. Ümumiyyətlə, psixologiya çox çətin bir sahədir. Bəzi vəziyyətlərdə insanlar kəskin hərəkətlər edir və psixoloji reaksiyalar verir. Ona görə də Səhiyyə Nazirliyi səviyyəsində bu işə ciddi nəzarət edilməlidir”.
Psixoloq Elnur Rüstəmov diqqətə çatdırıb ki, döyüşlərdə iştirak edən hərbi qulluqçuların hamısı ilə psixoloji reabilitasiya işi aparılmalıdır:
“Elə şəxs var ki, müharibədə olduğu zaman psixoloji pozuntular keçirir. Lakin bəzi döyüşçülərdə müharibədən 5 ay və yaxud 1-2 il sonra psixoloji travma olur. Çünki onların bir qismi aktiv döyüşlərdə iştirak ediblər, yoldaşlarını itiriblər. Biz 44 günlük Vətən müharibəsində iştirak edənlərlə fərdi şəkildə görüşür və psixoloji dəstək göstəririk. Lakin onların hamısına yetə bilmirik”.
Psixoloq vurğulayıb ki, müharibədən sonra posttravmatik stress pozuntusu deyilən bir hal baş verir:
“Eyni zamanda müharibədə iştirak edən şəxslərin ailə üzvləri də psixoloji sarsıntı keçirdiyi üçün onlara da dəstək göstərilməlidir. Çünki ailədaxili konfliktlər, depressiya, yuxu pozuntusu və.s tipli narahatlıqlar olur. Ona görə də müharibədən qayıdan şəxslərlə psixoloji reabilitasiya işi mütləq aparılmalıdır. Bu gün hərbi qulluqçuların bir qismi rayondadır. Onlar psixoloji yardım almaq üçün şəhərə gəlməlidirlər. Lakin hər bir müharibə iştirakçısının rayondan gəlmək, paytaxtda qalmaq imkanı yoxdur. Ona görə də bu iş mərkəzləşmiş şəkildə rayonlarda da təşkil olunsa, çox yaxşı olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət