Qəzalardan ötmək olardı
Məlahət Rzayeva
07:02 11.07.2019
Hadisə
795
İsti havalarda sürücülərin manevr imkanları zəifləyir
Bakı-Ələt-Astara yolunda baş vermiş 8 nəfərin ölümü ilə nəticələnmiş dəhşətli qəza yay aylarında yol-nəqliyyat qəzalarının başvermə səbəblərinə diqqətli yanaşma tələb edir. Yol-nəqliyyat qəzalarını araşdıran ekspertlər isti havalarda sürücülərin idarəetməni daha tez-tez itirdiyini, temperatur yüksəkliyinin sürücülərin cəld qərarvermə göstəricilərinin aşağı düşməsinə səbəb olduğunu bildirir. İsti havada magistral yolla hərəkət edən avtomobilin sürücüsünün havanın gətirdiyi yorğunluq və süstlük səbəbindən qarşısına çıxan maneəni dəf etmək üçün manevr imkanlarını zəiflədir.
Hər bir sürücü isti yay günlərində yola çıxarkən yolun çətinliyini və ağırlığını nəzərə almalı və digər günlərə nisbətən daha da diqqətli olmağa çalışmalıdır.
«Sherg.az»a açıqlamasında Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isti havaların yol-nəqliyyat hadisələrinin baş verməsinə təsirsiz ötüşmədiyini dedi:
- Yol-nəqliyyat hadisələrinin artmasına hava şəraitinin müəyyən qədər təsiri var. Yaz-yay aylarında gün uzun olduğundan sürücülər çox gəlir əldə etmək üçün çox işləməyə can atır və bəzən fasiləsiz sükan arxasında əyləşirlər. Yorğunluq və yuxusuzluq sürücülərin bir nömrəli düşmənidir. Təsəvvür etmək belə insanı dəhşətə gətirir ki, adam səhər tezdən ailəsi ilə birgə yola çıxmağa hazırlaşır - hansısa bölgəyə, istirahət mərkəzinə, amma səhər 4-ə kimi televizor qarşısında əyləşib futbola baxır. Bu sürücü avtomobili normal idarə edə bilməz.
Nə öz ailəsinin, nə də başqasının qədrini bilməyən belə məsuliyyətsiz sürücülərin ucbatından yol faciələri baş verir, ailələr bədbəxt olurlar. Dünyanın bir çox ölkələrində yol-nəqliyyat hadisəsi baş verdikdə hansısa digər səbəblərlə yanaşı sürücünün günlük həyat tərzi də araşdırılır. Sürücü axşam harada olub, kimlərlə birgə idi, içki qəbul etmişdimi, evdə söz-söhbət olmayıb ki. Gecə saat neçədə yatıb, qəzadan əvvəlki gün çoxmu işləyib, yoxsa istirahət edib… Bunlar hamısı qəzaların başvermə səbəblərinin təsnifatı üçün böyük əhəmiyyət daşıyır.
Sürücü üçün əsas şərt iş və istirahət rejiminin düzgün qurulmasıdır. Günün 24 saatı fasiləsiz sükan arxasında əyləşmiş sürücüdən yol-hərəkət qaydalarına riayət edəcəyini gözləməyinə dəyməz. Həmçinin sürücünün kateqoriyası, idarə etdiyi avtomobil vasitəsini idarə etmək üçün ixtisaslaşıb-ixtisaslaşmadığı, yol-hərəkəti qaydalarını nə dərəcədə mənimsədiyi, avtomobil vasitəsinin texniki vəziyyəti əsas faktorlardır. Təəssüf ki, bizdə sərnişindaşıma qaydaları da kobud şəkildə pozulur.
Hər yoldan ötən bir mikroavtobus alır, uzaq məsafələrə sərnişin daşımağa başlayır. Camaatımızda günah var. Bizim əhalidə avtovağzaldan avtovağzala ənənəsi hələ də formalaşmayıb. Avtovağzala getməyi əlavə vaxt itkisi hesab edib, qonşuluqdakı «Məhəmməd kişi»nin mikroavtobusunu kirayələməyi üstün tuturlar. Bunun bir səbəbi də qanuni sərnişindaşıma şirkətlərinin gediş qiymətlərini baha təyin etməsidir. Amma yenə də tanımadığın, sürücülük kateqoriyasına, içki düşkünü olub-olmadığını bilmədiyin birisinin mikroavtobusuna minməklə özümüzü real təhlükəyə atırıq.
E.Muradlı hesab edir ki, yol-nəqliyyat qəzaları baş verdikdə sürücünün kimliyi araşdırılmalı, sürücünün sərnişindaşıma hüququna malik olub-olmadığı öyrənilməli, hadisənin dəqiq təhlili aparılmalıdır:
- Bu məsələlərə ciddi nəzarət mexanizmi olarsa, yol-nəqliyyat qəzalarının artan statistikasının qarşısı alınar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya