Xocavənd rayon Qırmızı Bazar qəsəbəsində minaya düşən traktorçu Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, bu gün traktorla işləyən zaman minaya düşən Bərdə rayon sakini 1984-cü il təvəllüdlü İsmayılov İsgəndər Adil oğlu Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda İ.İsmayılov əməliyyata götrülüb.
***
14:34
Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina hadisəsi baș verib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi, Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.