Qohumların silahlı davasında uşaq yaralanıb: Əlindəki topu buraxmadı - VİDEO

İstanbulun Küçükçekmece rayonunda iki qohum arasında yaranan silahlı dava zamanı atılan güllələrdən biri küçədə top oynayan uşağın ayağına dəyib.

Sherg.az xəbər verir ki, hadisə Halkalı Merkez məhəlləsində borc məsələsi ilə bağlı iki qohum arasında başlayan mübahisənin silahlı davaya çevrilməsi nəticəsində baş verib.

Atışma zamanı tərəflərdən biri ayağından yaralanıb, digər şübhəli isə hadisə yerindən qaçıb. Bu vaxt küçədə top oynayan uşağa da güllə dəyib. Uşaq xəstəxanaya çatdırılıb.

Hadisə ətrafdakı iş yerinin təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə yaralanan uşağın yerə yıxılmasına baxmayaraq əlindəki topu buraxmadığı görünür. Polis şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb.

VİDEO