Qorxu dolu anlar: Ayı ilə üz-üzə gəldi

Ərzurumun İspir rayonunda quş müşahidəsi üçün dağlıq əraziyə çıxan peşəkar alpinist Bülent Erkan qış yuxusundan oyanmış boz ayı ilə qarşılaşıb.

Sherg.az xəbər verir ki, “Dağlar oğlu” kimi tanınan Erkan soyuqqanlı davranaraq panikaya düşməyib, nəzarətli şəkildə geri çəkilib və qışqıraraq ayını ərazidən uzaqlaşdırmağa nail olub.

Təhlükəli anlar saniyə-saniyə kameraya düşüb. Hadisə bir daha təbiətdə ehtiyatlı olmağın vacibliyini göstərib.