Türkiyənin Van bölgəsinin Başkale rayonunda qarlı hava və qida çatışmazlığı səbəbindən vəhşi donuzlar Özpınar kəndi yaxınlarına eniblər.
Sherg.az xəbər verir ki, sürü sürü hərəkət edən donuzlar səyyar avtomobil sürücüsü tərəfindən mobil telefonla çəkilib. Bir müddət yol boyu hərəkət edən donuzlar daha sonra qarla örtülü əraziyə girərək gözdən itiblər.